Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Suriya bir hissəsini işğalda saxlayan kürd terrorçular razılaşmaya əməl etmir

GADTB: 10 mart 2025-ci ildə Suriya Demokratik Qüvvələri kimi tanınan kürd terror qruplaşması ilə Suriya hökuməti arasında imzalanan razılaşma yerinə yetirilmir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

“SDQ terror təşkilatının razılaşmaya uyğun davranmadığı müşahidə olunur. Suriyanın cənubunda baş verən toqquşmalardan güc alan SDQ-nin son dövrlərdə daha sərt çıxışlar etdiyi diqqətdən qaçmır”, – məlumatda qeyd olunub.

Bildirilib ki, SDQ-nin Menbiç və Hələb ətrafında Suriya hökumətinə qarşı həyata keçirdiyi hücumlar ölkənin siyasi birliyini və ərazi bütövlüyünü təhdid edir.

Qeyd edək ki, bu ilin martında Suriyanın yeni hökuməti ilə SDQ arasında razılaşma əldə olunmuşdu.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …