Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Xameneiyə bağlı “Keyhan” Azərbaycanın buludları oğurlaması barədə gülüc iddia irəli sürüb

Xameneiyə bağlı “Keyhan” qəzeti gülünc iddia ilə yazıb ki, Türkiyədən gələn buludlar Bakıya doğru hərəkət edir. Molla rejimi su qıtlığına səbəb olan yarıtmaz siyasəti üçün Türkiyə və Azərbaycanı günahlandırıb.

İranın ali rəhbərinə birbaşa tabe olan radikal mühafizəkar “Keyhan” qəzeti gülünc iddia ilə yazıb ki, peyk görüntülərinə əsaslanaraq iddia olunur ki, əvvəllər Aralıq dənizindən Türkiyə üzərindən İrana daxil olan bulud kütlələri bu günlərdə “İran sərhədlərinə çatmadan birbaşa Bakıya doğru istiqamətlənir”.

Məqalədə buludların istiqamət dəyişikliyinin arxasında “düşmənlərin iqlim müdaxiləsi” ehtimalı irəli sürülür. Qəzetdə, xüsusilə Türkiyədə fəaliyyət göstərən 75 İsrail şirkətinə toxunularaq bu prosesin “iqlim dəyişikliyi layihəsi” adı altında aparıldığı iddia edilir.

Bütün bu iddialar isə elmi əsaslardan çox, sırf siyasi təbliğat ritorikasına bənzəyir. Hazırda dünyanın heç bir nüfuzlu meteoroloji qurumu və ya elmi mərkəzi bu cür “buludların yönünün süni yolla dəyişdirilməsi” ilə bağlı faktlara əsaslanan açıqlama verməyib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …