Bazar ertəsi , Dekabr 2 2024
azfa

Suriya münaqişəsi və türkmənlər. Türkmənləri bizimlə birləşdirən nədir?

GADTB: Martın 15-də Suriyada “ərəb baharı”nın 10 ili tamam oldu. Suriya münaqişəsi onminlərlə insanın ölümü, 11 milyondan çox insanın ölkə daxilində və xaricə köçü, şəhərlərin yerlə-yeksan olması ilə nəticələndi. Hazırda planetin ən qanlı münaqişəsi olan Suriya münaqişəsində zərər görən ən böyük etnik qruplardan biri də türkmənlərdir. İraq türkmənləri kimi Suriya türkmənləri Azərbaycana bağlı, bizimlə eyni kökdən olan xalqdır.

Suriyada 2 milyona yaxın türkmənin yaşadığı ehtimal olunur. Türkmənlərin Suriyaya gəlişi Səlcuqlular dövrünə təsadüf etdiyi bildirilsə də, bəzi alimlərə görə, 5-6-cı əsrlərdə türk tayfalarının böyük köçü zamanı Suriya ərazisinə yerləşən türk tayfaları olub.

Yeri gəlmişkən, məzarı Suriyanın şimalında yerləşən və Osmanlı dövlətinin qurucularının ulu babası hesab olunan Süleyman şah Suriyaya məhz Azərbaycan ərazilərindən köçüb. Bu və digər faktlar Suriya türkmənlərini Azərbaycan əhalisi ilə qohumluğunu sübut edir.

Hazırda türkmən tayfaları əsasən Suriyanın şimal-qərb bölgələrində, eləcə də Tartus, Laziqiyyə, Hums şəhərləri və ətraf ərazilərdə, Cubab əl Zeyt, əl Sabuniyyə, Nəzariyyə, Cəvsiyyə, əl Ziraə, əl Qəsir, Ərcul Suriya ərazisində, əl Nəsriyyə, Qarun, Bərima kəndləri isə Livan ərazisində yerləşən türkmən kəndlərində yaşayır. Daha doğrusu müharibədən əvvəl kompakt yaşayıblar. Hazırda onların əksəriyyəti Türkiyə, Livan kimi ölkələrə köçüb.

Suriyanın Livanla sərhədində, Hələbdə və ətrafında 1 milyondan çox türkmənin yaşadığı ehtimal olunur. Həmçinin 1967-ci ildə İsrail tərəfindən işğal olunana qədər Colan təpələri ərazilərində yaşayıblar. Colanda 12 türkmən kəndi olub, onlar əsasən bayat və əfşar tayfaları mənsubları olub. Ümumi sayları 50 min nəfərdən çox olan Colan türkmənləri işğaldan sonra Dəməşq və ətraf qəsəbələrdə məskunlaşıb. Yeri gəlmişkən, Suriyada ən çox qarşıdurmaların baş verdiyi Hums şəhəri tarixi türkmən şəhəri hesab olunur. Humsda əhalinin böyük bir qismini türkmənlər təşkil edir.

Maraqlıdır ki, Suriyadakı digər türkmən icmaları ilə müqayisədə Livanla sərhəddə ucqar ərazilərdə yaşayan türkmənlər daha az assimilyasiya olunub. Hətta bu kəndlərdə əhalinin az hissəsinin ərəbcə bildiyi deyilir. Adət-ənənələr isə demək olar ki, qorunub saxlanılıb. Suriya türkmənləri etnik qrup olaraq, ləhcə, adət-ənənə və hətta antropoloji göstəriciləri ilə Azərbaycan türklərinə çox bənzəyir. Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta avstraliyalı qocaman siyasətçi Philip Maxwell Ruddock-a İranın Güney Azərbaycanda törətdiyi ekoloji fəlakət barədə bilgi verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rusiya İrana “Su-35” qırıcıları verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Hərbi Hava Qüvvələri özəl mərasimlə iki “Sukhoi” …