Cümə axşamı , Noyabr 26 2026
azfa

Molla rejimi azərbaycanlı xanım fəalı ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz şəhərində azərbaycanlı milli fəallara qarşı basqıları artırıb.

Molla rejimin ETTELAAT orqanları ciddi şəkildə azərbaycanlı fəalların adi dolanışıqlarını belə izləyib, onlara təzyiq göstərir.

Bu istiqamtdə  azərbaycanlı fəal Sima Əlipur dünən telefon zəngi ilə SEPAH-ın kəşfiyyat idarəsinə çağırılıb.

Azərbaycanlı xanım fəal həmin idarəyə getməkdən imtina edib və bunu qanunsuz adlandırıb.

Qeyd edək ki, azərbaycanlı xanım fəal ötən illərdə dəfələrlə həbs, təhdid və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Sepah mədənləri talamaqla Peğamçay su anbarının su ehtiyatları təhlükəyə salır – Video

GADTB: Kəleybər, Xudafərin və Horand bölgələrinin nümayəndəsi Behnam Rəzvani Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina …

İranda qaz böhranının dərinləşməsi bəzi neft-kimya müəssisələrini istehsalı dayandırmaq həddinə çatdırıb

GADTB: Qışın başlamasına bir aydan da az vaxt qaldığı bir vaxtda İranda qaz çatışmazlığı polad …