Bazar ertəsi , Noyabr 16 2026
azfa

Suriyada kürd terrorçuları ABŞ-la Türkiyə müharibəyə sövq edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Suriyada PYD/YPG terror təşkilatlarına qarşı mümkün hərbi əməliyyatları ABŞ-ı təşvişə salıb. Bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kölgə təşkilatı “Rand Corporation” hesabat yayıb.

Hesabatda ABŞ-ın hərbi dəstəyi ilə İŞİD terror təşkilatına qarşı mübarizə aparan YPG-yə hücumun iki ölkə arasında münasibətləri gərginləşdirəcəyi qeyd olunub. Eyni zamanda bunun ABŞ-la Türkiyə arasında birbaşa müharibəyə belə səbəb ola biləcəyi hesabatda əksini tapıb.

“Rand Corporation” Türkiyə ordusunun regionda ən böyük hərbi güc olduğunu və ABŞ-ın bundan öncəki rəqiblərinə bənzəmədiyini bildirib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın