Cümə , Aprel 26 2024
azfa

Şuşanın azad edilməsinə sevindiyinə görə İran rejimi 5 azərbaycanlı fəalı Tikantəpədə yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşanın və Qarabağın azad edilməsinə sevindiyinə görə ermənipərəst İran rejimi 5 azərbaycanlı fəalı Tikantəpədə (Tekab) yaxalayıb. Fəallar sırf müsəlman Azərbaycan ölkəsinin uğurları üçün şənlik etdiyinə görə cəzalandırılıblar

Cuma axşamı noyabrın 12-də bir qurup Tikantəpədə şəhər sakini və milli-mədəni fəal şəhərin mərkəzi küçələrində toplanaraq Qarabağın Ermənistanın işğalından azad edilməsini qutlamaq istəiblər. Azərbaycanlı fəallar dinc şəkildə əhaliyə şirniyyat paylayıb və şənlik etdikləri zaman antiislam və ermənipərəst İran rejiminin məmurlarının hücumuma məruz qalıblar. Rejimin məmurları vəhşicəsinə hücum edib və azərbaycanlı fəallardan 5 nəfərini yaxalayıblar.

Rejimin Tikantəpə şəhərində “Ticarət Obyektlərinə Nəzarət İdarəsi”nin məmurları gənclərin dinc tədbirlərini dağıdaraq, azərbaycanlı milli-mədəni fəal Məcid Zahidpuru yaxalamışlar.

Bir saat sonra isə rejimin məmurları şəhərin Meşəlik parkında azərbaycanlı fəallar Saib Nəhavəndi Tikantəpə və Abdullah Qulamini həbs ediblər. Onlar, Sədri soyadlı daha iki azərbaycanlı fəalı yaxalayıblar. Məmurlar həmçinin daha çox fəalı həbs etçməyə çalışsalar da buna müvəffəq olmayıblar.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın