Şənbə , Aprel 27 2024
azfa

Şuşanın işğalına şərait yaradan İran Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran parlamentinin rəsmi “İCANA” saytının xəbərinə görə, Ermənistanın İrandakı yeni səfiri Arsen Avaqyan iyunun 1-də İslam Şurası Məclisinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Kazım Şafeyi ilə görüşüb.

Dövlətlər arasında əməkdaşlığın sürətləndirilməsində və sadələşdirilməsində parlament əlaqələrinin mühüm rol oynadığını vurğulayan Şafeyi deyib: “İslam Şurası Məclisi parlament əməkdaşlığını inkişaf etdirməyə və genişləndirməyə hazır olduğunu vurğulayaraq, davamlı iqtisadi məsləhətləşmələr çərçivəsində iki ölkə arasında ikitərəfli mübadilənin həcmini 1 milyard dollardan çox artıracağını bildirir”.

“İki ölkənin xalqları arasında dərin və çoxillik tarix, mədəni və sosial əlaqələr mövcuddur ki, bu da müxtəlif sahələrdə, xüsusilə parlament və iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanlardan istifadə etmək üçün zəmin yarada bilər”, – deyə İran parlamentinin rəsmisi qeyd edib.

O, habelə əlavə edib: “Bölgəsəl və beynəlxalq vəziyyət bizim iki dost ölkə olaraq iqtisadi münasibətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı davamlı məsləhətləşmələr aparmaq və ikitərəfli mübadilələrin həcmini bir milyard dollardan çox artırmaq üçün səylərimizi tələb edir”.

Daha sonra regionun problemlərindən söz açan Şafei bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının vacibliyinə toxunaraq vurğulayıb: “Ümid edirik ki, mövcud fikir ayrılıqları region ölkələri arasında ümumi anlaşma və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında həll olunacaq”.

İran İslam Respublikasının Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran parlament rəsmisi qeyd edib: “İki ölkə çətin tarixi dövrlərdə həmişə bir yerdə olub və iki ölkənin rəsmiləri arasında bu yanaşma həmişə davam edəcək”.

İranla əlaqələrə böyük önəm verdiyini deyən Ermənistanın səfiri isə bildirib ki, İran rəsmi Yerevan üçün təkcə “dost və qardaş” dövlət yox, həm də bölgədə mühüm və nüfuzlu bir ölkədir.

İranla Ermənistan arasında parlament əməkdaşlığının inkişaf etdirilməsi və genişlənməsini alqışlayan Arsen Avaqyan əlavə edib: “İslam Şura Məclisində erməni millət vəkillərinin olması iki ölkənin parlamentləri arasında əlaqələrin dərinliyindən xəbər verir ki, bu da müxtəlif ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində, xüsusilə parlament və iqtisadi sahələrdə mühüm rol oynaya bilər”.

 “İran İslam Respublikasına Ermənistanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinin qəbul edilməz olduğuna dəstəyinə görə təşəkkür edirəm. Biz həmişə çətin şəraitdə İranın köməyini görmüşük”,-deyə sonunda erməni səfir bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …