Şənbə , Noyabr 28 2026
azfa

Ukrayna Rusiyanın 210 hərbi təyyarə və 175 ədəd helikopterini vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 30 850-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 368 ədəd tankı, 3 354 ədəd zirehli döyüş maşını, 661 ədəd artilleriya sistemi, 207 ədəd reaktiv yaylım atəşi sistemi, 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 521 kəşfiyyat PUA-sı, 120 qanadlı raketi, 2 325 ədəd nəqliyyat vasitəsi və avtosisterni, 13 ədəd gəmi-kateri və 51 ədəd xüsusi texnikası məhv edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …