Cümə axşamı , Mart 28 2024
azfa

Təbizin İmam Rza xəstəxanası İranın ayrıseçkiliklə azərbaycanlı koronavirus xəstələrinin ölməsinə çalışdığını ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə koronavirus xəstələrinə ayrılmış İmam Rza xəstəxanasının rəisi yayıdığı açıqlamada azərbaycanlı koronovirus xəstələrinin pulunun ödənilməsinə baxmayaraq rejimin qəsdən qəsdən süni tənəffüs aparatlarını verməməsi üzündən koronavirus xəyanətlərinin öldüyünü bildirib.

Xəstəxananın rəisi dr.Fəqih Dinvəri deyib ki, Covid-19 xəstələrinin ciddi şəkildə süni tənəffüs aparatlarına ehtiyacı var. Ancaq bu aparatların alınması üçün pulun ödənilməsinə baxmayaraq, onları bizə təhvil vermirlər. Halbuki, süni tənəffüs aparatlarını təhvil verməli olan məlum şirkətin anbarında bu aparatlar mövcuddur. Bu şirkəti himayə edənlərin “əməyi” nəticəsində Tibb Universiteti də bu problemi həll etməkdə çətinlik çəkir. Aidiyyəti qurumlar isə bu məsələyə müdaxilə etməkdən çəkinirlər.

Dr.Fəqih Dinvəri deyib ki, Azərbaycanlı xəstələr süni tənəffüs aparatlarının çatışmadığı üçün ölürlər. Ancaq buna baxmayaraq Sepah-a bağlı olan şirkət öz mənfəətləri üçün bu aparatların müalicə mərkəzlərinə verməkdən imtina edir. Bu xəyanətin son həddidir.

Qeyd edək ki, irqçi fars rejim başqa sahələrdə Güney Azərbaycana ayrıseçkilik etdiyi kimi Güney Azərbaycanda azərbaycanlı xəstələrin sağalmaması üçün də əlindən gələni edir.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın