Təbriz Teatrı Bakıda Musiqili Teatrda

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a  istinadən yaydığı məlumata görə, bu gündən Azərbaycan Dövlət Musiqili Teatrında Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakı ilə konsert proqramı keçirilir.

Ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz bayramı günlərində Güneydən – əsasən də Təbrizdən Quzey Azərbaycana gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.

Güneyli incəsənət nümayəndələri – müğənni Ayhan, foks ustası Cavad Əkbəri ilə yanaşı, Azərbaycanda son dövrlər populyarlıq qazanan gənc estrada müğənniləri Damla və Çinarə Məlikzadənin də çıxış edəcəyi konsert proqramında, həmçinin Musiqili Teatrın balet truppasının hazırladığı milli rəqslər də nümayiş olunacaq.

Təbriz Teatrının rəhbəri Babək Nehreyn Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevə yaratdığı şəraitə görə təşəkkürünü bildirərək deyib: “Birlikdə hazırladığımız layihələr İran və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən isə ötənilki kimi bu il də biletlərin turizm şirkətləri vasitəsilə satılması mədəni turizmin inkişafında böyük rol oynaya bilər. Bu cür qarşılıqlı əməkdaşlıq mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və hesab edirəm ki, belə tədbirlərin müntəzəm nümayişi hər iki ölkənin teatr və incəsənət aləmində yeni-yeni uğurlu addımlar atılmasına təkan verəcək”.

Konsert proqramı martın 30-dək davam edəcək.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın