Şənbə , Mart 25 2023
azfa

Təbriz və Urmiyada azərbaycanlı tamaşaçılar Xoy zəlzələsinə diqqət yönəltməyə çalışdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 1-də Təbriz və Urmiyada keçirilən yarışlarda azərbaycanlı tamaşaçılar Xoy zəlzələsinə diqqət yönəltməyə çalışıblar.

Azərbaycanlı tamaşaçılar İran Super Liqasının 18-ci həftəsinin oyunları çərçivəsində Təbrizin Səhənd stadionunda “Traxtur” klubu ilə Xuzistan əyalətinin “Fulad” komandasının yarışında komanda üzvləri bir dəqiqəlik sükutla Xoy zəlzələsində həyatını itirənlərin xatirəsini anıblar.

Urmiyanın Durnalar Yuvası stadionunda isə Urmiyanın Şəhrdari Voleybol komandasının yarışında azərbaycanlı tamaşaçılar “Xoy arxandayıq yazılmış parçanı nümayiş etdirmək və şüarlar səsləndirməklə Xoy zəlzələsində acınacaqlı vəziyyətdə olan əhaliyə diqqət yönəltməyə çalışıblar.

Hər iki yarışda oyun davam etdiyi vaxtda azərbaycanlı tamaşaçılar hökumətin zəlzələdən zərər çəkənlərə yetərli yardım etməməsi ilə bağlı etiraz şüarları səsləndiriblər.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …