Təbriz zindanında saxlanılan Əmir Səttari oğrular və narkomanların bölümünə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi tərəfindən Təbrizin Mərkəzi Zindanında həbs edilən azərbaycanlı milli-mədəni fəal Əmir Səttari həbsxananın rəisinin göstərişi ilə oğrular və narkomanların saxlandığı bölümünə yerləşdirilib. Azərbaycanlı fəal iyul ayının 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün şəhərin mərkəzi zindanına müraciət edib.

Zindan məsulları həbsxananın rəisinin göstərişi ilə azərbaycanlı fəalı ağır şəraitdə saxlamaq üçün əllərindən gələni ediblər.

Məlumata görə, Ə.Səttari zindanın karantin bölümündən bir başa oğrular və narkomanların saxlandığı bölümə köçürülüb. Bu bölümdə məhbusların təhlükəli rəftarları ilə yanaşı, natəmizlik, məhbus sıxlığı və s. kimi problemlər yaşanır.

İran rejimi azərbaycanlı fəalları ruhi və psixoloji işgəncələr altında saxlamaq məqsədi ilə onları əksər hallarda ağır cinayətlərdə günahlandırılan təhlükəli məhbuslarla eyni bölümdə saxlayır. Azərbaycanlı siyasi məhbuslara qarşı zindan məsullarının davranışı da fərqli olur. Milli fəallar davamlı olaraq qeyri-insani rəftarlarla üzləşir, onların məhbus hüquqları tapdalanır. Bütün bunlar birmənalı olaraq beynəlxalq qanunlar, hətta İranın öz qanunlarına zidd hesab olunur.

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın