Təbrizdə bələdiyyə məmurları meyvə satıcılarının meyvələrini kanalizasiyaya tökdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə bələdiyyə məmurları küçədə meyvə satmaqla ailəsini dolandırmağa çalışan satıcının meyvə arabasına hücum edərək, meyvələri dağıdıb və kanalizasiya arxına töküblər.

Rejimə vergi vermədiyi üçün meyvələri kanalizasiya arxına tökülən çarəsiz qalan satıcı isə kanalizasiya suları ilə dolu arxdan portağalları çıxarmağa məcbur olub.

Əslində bu bələdiyyə məmurlarına xərac vermək istəməyən satıcıların gündəlik üzləşdiyi vəziyyətidir.

Qeyd edək ki, İranda səyyar satıcıların çoxu polisdən qorxaraq bələdiyyə məmurlarının zorakılığı qarşısında susmağa məcbur olurlar. Bələdiyyə işçiləri mülki geyimdə və rəsmi icazə təqdim etmədən onsuz da çətinliklə dolanan səyyar satıcıların mallarını dağıdır, hər bir məhəllədən keçərkən insanlar arasına qorxu salmaq üçün onlardan pul qoparır.

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …