Təbrizdə futbol muzeyinin yeni məkanının açılışı olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Super Liqanın başlaması ilə yanaşı birinci və ixtiaslaşmış futbol muzeyi yaradılacaq.

Bu barədə Təbriz Bələdiyyəsinin sədri İrəc Şəhinbahur jurnalistlərə açıqlamasında məlumat verib.

Şəhinbahur deyib: “Ölkənin birinci ixtisaslaşmış futbol muzeyində Təbrizin 102 illik, yəni 1917-ci ildən indiyə kimi futbol əsərləri, görüntüləri və Təbrizin “Traxtur” klubuna aid əsərlər yerləşdiriləcək. Muzeyin yeni məkanı Təbrizin 2-ci bələdiyyə məntəqəsi olan Zəfəraniyyə məhləsi və Xəbərniqar küçəsinin girişindədir. Muzeyin yeni məkanında Təbriz futboluna özəl simgələr düzələcək, eləcə də son iki dünya çempionatının kupası, futbal topu və bir futbolçunun heykəli hazırlanmaqdadır. Onlar muzeyin müxtəlif yerlərində quruşdırılacaq. Muzeyin tikinti işlərinin 90 faizi tamamlanıb, işin gedişatına görə 19-cu liqanın başlaması ilə birlikdə muzeydən açılış ediləcək”.

Qeyd edək ki, Azərbaycanın futbal muzeyi bundan öncə 1393-cü ildə Rizvan bağında xanımlar parkında yerləşirdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın