
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində bir qrup azərbaycanlı fəal Azərbaycan Milli Hərəkatının amalını və məqsədini çatdırmaq məqəsdilə posterlər çap edib yaymışlar.
Azərbaycanlı fəalların hazırladığı posterlərin üzərində “İstiqlal Bayrağımız Azərbaycanın Güneyində Dalğalanacaq” şüarı yazılıb.
Posterlər Təbrizdə əhalinin sıx hərəkət etdiyi yerlərdə yapışdırılıb və ya paylanıb.