Bazar ertəsi , İyul 13 2026
azfa

Təbrizdə “Süngün Mis” futzal komandasının qələbə şənliyi

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Vərziğanın “Süngün Mis” futzal komandası, futzal super liqa yarışlarında qəhrəman olub. Güney Azərbaycanın həmin komandası çərşənbə günü Sarinin “Şəhrvənd” komandasını super liqa yarışlarının 26-cı həftəsində Təbrizin Purşərifi stadionunda məğlub etdikdən sonra super liqanın qəhrəmanı olub.

Öz rəqibini 4-0 hesabı ilə məğlub edən “Süngün Mis” futzal komandası 65 xalla turnir cədvəlinin 1-ci pilləsinə qalxıb.

Güney Azərbaycanın həmin komandasının qələbəsi və çempion olması Güney Azərbaycanda böyük coşqu ilə qarşılaşıb. “Süngün Mis” komandasının tərəfdarları şənlik edib öz sevinclərini paylaşıblar.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın