Gərəkən bütün zamanlar kimi o gün də Təbriz ayağa qalxdı. Faşist şahlıq sülaləsi yer üzündən silinməli idi! Bu hökm Təbrizdən gəlmişdir!
Təbriz, panfaşist farsçı rejimin ölüm hökmunu verincə, bir daha bu torpaqlarda şovinizm yaşamasın deyə ümidvar olmuşdur. Lakin, dünya güclərinin imperyalist ehtirasları demokratiya deyil, despotizmi hədəfə almışdır.
1356-ci il bəhmənin 29-da (1978-ci il fevralın 18-də) Şah-Xumeyni razılaşmasıyla dini Türk tələbələrinin Qum şəhərində qurşuna bağlanmasının 40-cı günündə yüzminlərcə Azərbaycan Türk Milləti vətənin dörd bir yanından Təbrizə axın edərək qətlə yetirilmiş övladlarının yasına qalxdılar. Panfaşist farsçı rejimin Təbrizdən olan haqlı qorxusu gündəmə gəldi. Təbrizin böyük bazarında yerləşən qızıllı məscidindən başlayan millət ayaqlanması bir an içində bütün Təbrizi bürüdü. Rejimin polisi, Savakı və ordusu bir an içində məhv oldu. Rejimə aid olan bütün mərkəzlər millətin əlinə keçdi. Rejim, sərsəmcəsinə İran adlanan dövlətin bütün basqı orqanlarını uçaqlarla Təbrizə gətirdi. Ancaq, iş-işdən keçmişdir. Təbriz öz hökmunu vermişdir!
8 saat sürən “29 bəhmən üsyanı” panfaşizmin ölüm hökmunu imzalamış oldu. 10-larca gəncmiz şəhid düşdü. 11-i adlı-sanı bəlli olaraq, bir çox Türk tutuqlanaraq anında qurşuna verildi. Faşist Pəhləvi sülaləsinin xalqlar qarşısındakı dirənci bir ildən artıq sürmədi. Türk düşməni olan rejim, Türk şilləsilə yerlə bir oldu!
Şahlıq ölüncə, imperyalizmin ətəyi altından yeni bir faşist rejim ortaya çıxdı. Xumeyniçi fondamental şiə-fars rejimi xalqların aldadılmış zehniyyəti üzərinə minərək daha faşist, daha şovinist və daha qanlıca iş başına gəldi. Xumeyni rejimi, ilk fürsətdə Türk düşməni olduğunu, bu yöndə Şahdan daha qan içən olduğunu göstərmək üçün özünün üstü olan Türk dini lideri (Ayətullah Şəriətmədarı) öldürərək gövdə göstərdi.
Şah rejiminin sürəcində verdiyi qanların yüz qatını bu rejimin 40-illik dözümsüz və acımasız çağında vermiş olan Türk milləti, hələ də 1925-ci ildən bəri yasaqlanmış milli haqların basqısında sürünməkdədir. Artıq, Azərbaycan Türk Milləti üçün bütün barış yolları qapanmışdır. Artıq Türk-Fars varlıqlarının İran adlanan dövlət çatısında birgə yaşaması mümkünsüz olmuşdur.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), dünyanın ən sona qalmış geri qafalı rasizminə qarşı qələbənin təkcə yolunun İstiqlal olduğunu vurğulayır. GADTB, milli qurtuluş yolunda bütün milli qurumların şəffaf, cəsarətli və tək sözlü olduğunu ümid edir. Güneyin, istiqlaldan başqa yolu yoxdur. Bunu bütün milli qurumlarımızın anlaması gərəkir. Güney Azərbaycan Türklərinin özgürlük savaşının adressi ancaq və ancaq Güney Azərbaycandır. Türk davası dediyində ayrı-seçgilik olamaz! Türk, bir dövlətə özəl deyil, bir hakimiyyətinin meylilə Türk davası dayanarsa və ya irançılığa çəkilərsə, o Türk davası deyil, güc və cib davasıdır. Türk davası cəsarət, tək ürək, türk ülküsünün dindən arınmasını istər. 95-ildir ki, bütün milli varlığımız “İran” irqçı panfaşist farsçı rejimlər tərəfindən işqal altındadır. Artıq suyun üflənməsinə gərək qalmamışdır! İstiqlal Güneyin təkcə ilacıdır!
Sən də gəl qardaşım-bacım! Güney Azərbaycan İstiqlalçılar Birliyi yolunuzu gözləyir!
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
Siyasi Bölüm
2018-02-16