Bazar ertəsi , İyul 20 2026
azfa

Təbrizin Səhənd Kombaynqayırma zavodu bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Səhənd Kombaynqayırma zavodu bağlanıb. Zavodun əmlakı isə müsadirə edilib. Zavodun istehsalının uzun müddət dayandırıldığı bildirilir. Zavodun həmçinin üç ildir əmək haqqlarını ala bilməyən 30-dək işçisinin işsiz qaldığı bildirilir.

İşçilər bildirir ki, özəl banklardan biri noyabrın 2-də məhkəmə orqanlarından zavodun həbsilə bağlı order alıb. İşçilərin ödənilməmiş əmək haqları 2 milyard 600 tümən təşkil edir.

İşçilər deyib: “Bank bu günə qədər beş milyard tümən vəsaitini almaq üçün heç bir tədbir görmədiyi və hazırda tələbin məbləğinin cərimələr də əlavə olunmaqla 24 milyard tümənə çatdığı halda, zavodun əmlakını müsadirə edib”.

İrqçi fars rejim isə zavodun özəl müəssisə olduğunu əsas gətirərək zavodun problemləri ilə məşğul olmaqdan imtina edib.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …

Bir cavab yazın