Bazar ertəsi , Yanvar 24 2022
azfa

Təbrizlə Türkiyənin Bursa şəhəri qardaşlaşmış şəhərlər elan olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Bələdiyyəsinin Kommunikasiya və Beynəlxalq Əlaqələr üzrə direktoru Səid Hacızadə Təbrizin Türkiyənin Bursa şəhəri ilə qardaşlaşdığını elan edib.

Təbriz Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Səid Hacızadə Təbriz və Türkiyənin 4-cü böyük şəhəri Bursanın bir çox ortaq cəhətlərinin olduğunu deyib.

Səid Hacızadə deyib ki, şəhər idarəçiliyi sahəsində elmi və praktik məlumatların mübadiləsi, turizm sektorunun inkişafı, tacirlərin və istehsalat fəaliyyətlərinin təşviqi üçün kordinasiyalı əməkdaşlıq, Təbriz şəhərinin potensial imkanlarını tanıtmaq və Bursanın mədəniyyət və ədəbi dairələri ilə əlaqələr qurmağın bu qardaşlığın məqsədlərindəndir.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …