Çərşənbə , Oktyabr 28 2026
azfa

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki ay keçməsinə baxmayaraq, bu işçilərin sözlərinə görə, onların tələblərinin həlli üçün hələ də təsirli addım atılmayıb.

Göndərilən məlumata əsasən, “Səhənd Tələşgəran” şirkəti işçilərə hələ də vədlər verir, lakin etirazçıların bildirdiyinə görə, bu vədlər indiyədək konkret nəticə verməyib.

Həmçinin iddia edilir ki, “Səhənd Tələşgəran” şirkətinin idarə heyətinin üzvü cənab Səfəri sürücüləri və maşınqayırma bölməsinin işçilərini işdən çıxarmaqla hədələyib.

İşçilərin əməkhaqlarının ödənilməsi, sığorta təminatı və əmək statuslarının müəyyənləşdirilməsi kimi tələbləri hələ də qüvvədə qalır.

Təbriz bələdiyyəsinin və Şəhər Şurasının məsul şəxslərinin bu məsələyə baxması, müvafiq şirkətin isə irəli sürülən iddialara cavab verməsi gözlənilir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …