Cümə axşamı , Oktyabr 29 2026
azfa

Təbriz-Məşhəd qatarı hadisəsinin günahkarı elan edildi

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2016-11-25 15:15:24Z | http://piczard.com | http://codecarvings.com

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin keçmiş Yol və Şəhərsalma naziri Abbas Axundi Təbriz-Məşhəd qatar hadisəsinin günahkarıdır.

Bu barədə irqçi fars rejimin Məclisinin Abadlaşdırma Komissiyasının üzvlərindən biri açıqlama verib.

O, bununla bağlı deyib ki, əlaqədar məktubun məclisdə oxunmasına Abbas Axundi mafiyası izn verməməsinə baxmayaraq dəlil və sənədlər Araşdırma Təşkilatının ekspertlərinə təhvil verilib.

O deyib ki, dəlillər Təbriz-Məşhəd qatar hadisəsinin əsl günahkarının Abbas Axundi və  onun bir sıra yaxınlarının olduğunu sübut edir.

Qeyd edək ki, 5 dekabr 2016-cı il tarixində Xəndabda Təbriz-Məşhəd qatar yolu istiqamətində hərəkət edən iki sərnişin qatarı toqquşub və nəticədə 50 nəfər təbrizli sərnişin həyatını itirib.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın