Çərşənbə , Aprel 24 2024
azfa

Təbriz Şəhər Şurasının üzvü Təbriz merinin yarasız fəaliyyəti ilə bağlı ona suallar ünvanlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan Təbriz merinin yarasız fəaliyyəti ilə bağlı ona suallar ünvanlayıb.

Məsudi Reyhan deyib ki, Təbriz şəhərinin meri cavab verməlidir, indiyə qədər hansı iri miqyaslı layihəni son çatdıra bilib?

“Təbrizdə indiyə qədər hansı iri miqyaslı layihə icra olunub? Ümumi idman sahəsində nə kimi işlər görünüb? Sosial və mədəniyyət sahəsində hansı addımlar atılıb? Ümumi məbləği 20 milyard tümən olan neçə layihə icra olunaraq istifadəyə verilib? 2018-ci il layihələri üzrə irəliləyiş sadəcə 26 faiz olub. Xeyli zamandır ki, bu sözləri deyir, bu sualları ortaya qoyuruq. İllərdir ticarət mərkəzlərinin sözü gedir, lakin elə söz olaraq qalır. Əgər əlaqə yaratmaq üçün strategiya olmasa və bir-birimiz ilə danışmağa dil tapmasaq, heç bir məqsədə nail ola bilməyəcəyik. Tehranın özündə də, məhəllələrdə də meyvə tərəvəz bazarları var və əhali onlara lazım olan malları daha ucuz qiymətə əldə edə bilir. Bu problemlərin həlli üçün rəsmi iclaslardan kənar müzakirə getməli və arada olan fikir ayrılıqları aradan qaldırılmalıdır”.

Qeyd etmək lazımdır ki, Təbriz Şəhər Şurasının üzvü sözlərini kimə ünvanlayır məlum deyil. Hamıya aydındır hər bir şəhərdə olduğu kimi, Təbriz şəhəri üçün meri cənab Məsudi Reyhanın üzv olduğu şəhər şurası seçir. Son zamanlar hamı bir-biri ilə tribunalar vasitəsi ilə danışır. Belə ki, həmin şura üzvü şəhərin merini iclasa çağırıb sözünü demək yerinə, yaxud sözünü üzv olduğu şuraya demək əvəzinə, bir çıxışda, verilişdə və ya müsahibədə deyir. Bunun heç bir xeyri olmasa, gələcəkdə həmin şura üzvündən soruşan olsa, ay bəy bu müddətdə nə iş görmüsən, deyə bilsin ki, dedim, məni eşidən olmadı. Digər tərəfdən indiki şura üzvləri daha çox yığma komandaya oxşayır. Bir-biri ilə uyğun gəlməyən və bəzən biri digərinə tam qarşı olan partiyaya bağlı insanlar bir araya gəlirlər. Bunların ən əhəmiyyətli işi məhz şəhərin merini seçmək və ondan iş tələb etməkdir.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın