Çərşənbə , Oktyabr 21 2026
azfa

Təbriz Tibb Universitetinin öyrənciləri dünən maraqlı şüarla aksiya keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Tibb Universitetinin öyrənciləri maraqlı şüarla aksiya keçiriblər.

Onlar azərbaycanlı öyrənci hərəkatı fəalı Armita Pavirin oktyabrın 31-də Təbriz Universitetinin giriş qapısında yaxalanmasına etiraz ediblər.

Öyrənci fəalın yaxalanmasından sonra universitetdə öyrəncilərin etiraz aksiyaları genişlənib.

Bazar ertəsi aksiya keçirən azərbaycanlı öyrəncilərin susdurulması və aksiyanın dağıdılması üçün universitetə cəlb edilən hökumət məmurlarının zorakılıqlarından sonra Təbrizin Mədəni Universitetinin öyrənciləri də aksiyaya başlayıblar.

Azərbaycanlı öyrəncilər türkcə “Haray haray azadlıq” şüarları səsləndirib.

Öyrəncilər həmçinin üzərində “Saçlarım azadlıq bayrağıdır, ipi çəkdikcə ucalarda əsəcək” yazılmış plakat qaldırıblar.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …