Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı qadın vəkil Negin Kəyanini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, azərbaycanlı vəkil Negin Kəyanini həbs edib.

Azərbaycanlı vəkil iki həftə öncə yaxalansa da, onun həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Azərbaycanlı vəkili Təbrizdə keçirilən etirazlara qatılaraq yaxalanan qadınları müdafi etməsi olub.

Negin Kəyaninin həbsi barədə azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O yazıb ki, Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülməyib və o qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Qeyd edək ki, oktyabrın 15-də Güney Azərbaycandan olan azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da yaxalanmışdılar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …