
Təbriz Universitetində bir qrup səhiyyə işçisi iş saatlarının azaldılması və həftədə iki günlük tətillərin tətbiqi ilə bağlı ayrı-seçkiliyə etiraz olaraq bazar ertəsi günü universitet binası qarşısında etiraz aksiyası keçirib.
Həmçinin İran Telekommunikasiya Şirkətinin təbrizli təqaüdçüləri bu gün yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.
Video: