Təbrizdə Azərbaycan səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə Azərbaycan səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilir. “Qarabağ bizimdir- bizim olacaq” və s. şüarlar səsləndirilib.

İrqçi fars rejim işğalçı Ermənistanı himayə etdiyi üçün var gücü ilə Təbriz və Azərbaycanın digər şəhərlərində Azərbaycanı erməni təcavüzü qarşısında himayə mitinqinin keçirilməsinə mane olmağa çalışsa da, Təbrizdə mitinq keçirilir. Təbrizdə Azərbaycan konsulluğunun qarşısında azərbaycanlı fəalların yaxalandığı söylənilir. Hələlik Əsədullah Sasani və Rəhim Sasani adlı yaxalanan azərbaycanlı fəalların adı məlum olub.

Mitinqin genişlənəcəyi və rejimin ciddi mane olmasına baxmayaraq şəhərin digər məhəllələrindı davam edəcəyi gözlənilir.

Qeyd edək ki, irqçi fars rejim Təbriz, Urmiya, Ərdəbil, Zəncan və başqa Azərbaycan şəhərlərini hərbi paliqona çevrilib. Təbrizdə su şırnaqları, rejimin çevik polis alayı və mülki geyimli məmurları Azərbaycan konsulluğunun qarşısı və şəhərin digər nöqtələrinə yerləşdirilib.

Urmiya, Ərdəbil, Zəncan və hətta Tehranda da mitinqin keçiriləcəyi yerlər polis tərəfindən nəzarətə alınıb.

Təbrizdə Azərbaycan səfirliyi qarşısında Qarabağ bizimdir bizim olacaq şüarı səsləndirilib

Publicerat av Ali Huseyn Torsdag 16 juli 2020

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın