GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan türkcəsində “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulub.
Məhəmməd Füzulinin Leyli və Məcnun məsnəvisi əsasında hazırlanmış tamaşa Təbrizin Tərbiyət Teatrında rejissor Sədiq Camalinin ssenarisi ilə nümayiş olunub.