Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi iraqlı investorları şübhəli şəkildə Təbriz şəhərinə yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi kürdlərlə yanaşı son aylarda iraqlı sərmayəçiləri şübhəli şəkildə Təbrizə yerləşdirir. Artıq iraqlı investorlar Təbrizin müxtəlif yerlərində torpaq sahələri və mağazalar alırlar.

Rejimə bağlı banklar və Təbriz şəhər Bələdiyyəsi də bu işdə İraq vətəndaşları ilə çox yaxından əməkdaşlıq edərək, onlara iqtisadi və xidmət cəhətdən çoxlu güzəştlər verirlər.

Bildirilib ki, Təbrizin Səhənd bölgəsi kimi önəmli yerdə bir çox kürd və fars ailələrinin qəsdən məskunlaşdırılmasından sonra indi, növbə deyəsən, İraq vətəndaşlarına  çatıb.

Qeyd edək ki, İran hökuməti illərdir ki, digər millətləri məqsədli şəkildə Güney Azərbaycana köçürməklə bölgənin demoqrafik yapısını dəyişməyə və beləliklə Azərbaycan ərazilərini ələ keçirməyə çalışır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …