GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin müxtəlif məhəllələrində yazılı vərəqələr yayılıb. Vərəqələr şəhər küçələrində divarlara və elektrik divarlarına yapışdırılıb.
Vərəqələrdə Azərbaycan türkcəsində “Azərbaycan qiyamı yaxındır”, “Azərbaycan şüarımız, istiqlal amacımız”, “Güney Azərbaycanın azadlıq yolu istiqlaldan keçir”, “Millətimizə azadlıq, dövlətimizə istiqlal” və s. şüarlar yazılıb.
Azərbaycanlı milli fəallar bu aksiyanın İran hökumətinin son həftələr yenidən azərbaycanlı fəallara qarşı başlatdığı təzyiqlərə cavab olduğunu bildiriblər.