Şənbə , Avqust 22 2026
azfa

Molla rejimi Zəngəzur dəhlizinə mane olduğunu danmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil. Türkiyə bundan narahat olmasın.

Bu sözləri İranın dini lideri Əli Xameneinin sözçüsü Seyid Həsən Amuli Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” sözlərinə reaksiyasında deyib.

O bildirib ki, İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur:

 “İran 20 ilə yaxındır Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə saxlamaq üçün istifadə etmək imkanı verib. Müharibə və işğal illərində Biləsuvar və Culfa üzərindən Azərbaycanla Naxçıvan arasında daşımalar həyata keçirilib. İndi də bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər”.

Amuli iddia edib ki, Azərbaycan və Türkiyə “daşınma” yox, “torpaq sahibi” olmaq istəyir.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …