Cümə axşamı , Sentyabr 17 2026
azfa

Təbrizdə azərbaycanlı fəallar bannerlər asaraq siyasi məhbusların azadlığını tələb ediblər

GADTB: 1404-cü il azar ayının 4-də (çərşənbə günü) Təbriz şəhərində bir qrup azərbaycanlı fəal müxtəlif küçə və məhəllələrdə bannerlər asaraq həbsxanalarda saxlanılan siyasi və ictimai fəallara dəstəklərini ifadə ediblər.

Bannerlərdə “Azərbaycanın siyasi məhbuslarını azad edin”, “Azərbaycanın siyasi əsirlərinə azadlıq” kimi şüarlarla yanaşı, Araz Aman, Baqir Hacızadə, Vədud Əsədi, Tahır Nəqəvi, Ayaz Seyfxah, Əzimi Qədim, Məhmud Ocaqlı, Abbas Lisanı, Əli Xeyircu, Yusif Karı, Behzad Dəşti, Salar Tahirəfşar, Kərəm Mərdanə, Fatimə Atəşi Xiyavi, Mürtəza Pərvin, Məhəmmədrza Fəqihi və Rəncbərinin fotoları yer alıb.

Bu addım, həm ictimaiyyətin, həm də beynəlxalq hüquq qurumlarının diqqətini azərbaycanlı siyasi məhbusların durumuna yönəltmək məqsədi daşımaqla yanaşı, ailələrin və cəmiyyətin aylarla davam edən intizar və etiraz səsini də əks etdirib.

Fəallar bu hərəkətləri ilə hakimiyyətə açıq mesaj göndəriblər: Azərbaycanlı fəalların sıxışdırılması nə ədalət axtarışından, nə də milli haqlar uğrunda mübarizədən çəkindirir; əksinə, siyasi məhbuslara dəstək və həmrəylik çağırışlarını daha da gücləndirir. Bu aksiya Azərbaycan toplumunun sarsılmaz iradəsinin və fundamental hüquqlar uğrunda duruşunun rəmzi kimi qiymətləndirilir.

https://t.me/GADTB1/46611

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …