Cümə axşamı , Aprel 25 2024
azfa

Təbrizdə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə aksiya keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun ayının 6-da Təbrizdə azərbaycanlı milli-mədəni fəallar azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə dəstək aksiyası keçiriblər.

Azərbaycanlı siyasi məhbusun posterləri çap edilərək şəhərin küçə və meydanlarına yapışdırılıb.

Divarlara yapışdırılan posterlərdə “Əlirza Fərşiyə azadlıq” şüarı yazılmışdır. Azərbaycanlı milli fəallar bununla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edib, onların durumuna diqqəti çəkməyə çalışıblar.

Həmçinin “Əlirza Fərşinin həyatı təhlükədədir” yazılmış posterlər divarlara, avtomobillərə və ictimai iaşə obyektlərinə üzərinə asılmışdır.  

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …