Çərşənbə , Oktyabr 21 2026
azfa

“Bayraqdar” PUA-ları Qarabağda ermənilərin 90 tank və 400-dən çox hədəfini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir”.

Bu fikirlər Böyük Britaniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Yazıda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində istifadədən sonra “Bayraqdar-TB2” və digər PUA-ların özlərini döyüşdə sübut etdiyi əksəriyyət tərəfindən qəbul olunur: “Qarabağdakı əməliyyatlarda “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus yüksək dəyərli hərbi obyektlərin və canlı qüvvənin yerini dəqiq müəyyənləşdirmək və onları sıradan çıxarmaq üçün istifadə edilib”.

Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 500-dən çox hərbi hədəfi məhv edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …