Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizdə Beynəlxalq Ana Dili Günü və siyasi məhbuslara azadlıq tələbilə aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən  fevralın 18-də axşam saatlarında Təbrizdə azərbaycanlı milli-mədəni fəallar 21 fevral – Beynəlxalq Ana Dili Günü və siyasi məhbuslara azadlıq tələbilə uşaqlar və yeniyetmələr arasında türkcə kitablar paylayıblar.

Həmçinin üzərində “Ən böyük mübarizə zalimin qarşısında dayanıb və sən haqsızsan deməkdir- İmama Hüseyn” və “Azərbaycan milli məhbusları azad olsun” şüarlar yazılmış vərəqlərlə birlikdə kitablar birgə paylanılıb.

Azərbaycanlı fəallar həmin vərəqələrlə yanaşı yemək də paylayıb və azərbaycanlı siyasi məhbusları anıblar.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral – Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda azərbaycanlı milli-mədəni və anadilində təhsil tələb edən fəal  qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum edilib. bu haqlı tələblərlə bağlı Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və s. azərbaycanlı fəallar ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə hələ də həbsdədirlər.

Həmçinin yoxlayın

İranın Kəşfiyyat Nazirliyi Qəzvində dekabr etirazları ilə əlaqədar 39 nəfərin saxlanıldığını açıqlayıb

GADTB: Molla rejimin Kəşfiyyat Nazirliyi 1404-cü ilin dekabr ayında baş vermiş etirazlarla əlaqədar Qəzvin vilayətində …

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …