Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə divalara rejimə qarşı intiqam şüarları yazıldı: “Qana qan, cana can”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 21-də Təbrizdə divarlara intiqam şüarları yazılıb.

Təbrizdə cinayətkar molla rejiminə qarşı divarlara geniş şəkildə Azərbaycan türkcəsində “Qana qan, cana can, ağlayır Azərbaycan”, “Aylar Həqqi”, “Bu qan yerdə qalmayacaq” və s. belə şüarlar yazılıb.

Azərbaycanlı fəallar beləliklə cinayətkar və irqçi fars rejimə xəbərdarlıq ediblər.

Xatırladaq ki, sinif yoldaşları ilə birlikdə İslam Respublikası hökumətinin təşkil etdiyi yürüşünə qatılmaqdan imtina edən Ərdəbildən olan 15 yaşlı şagird Əsra Pənahi rejimin qüvvələrinin məktəbə basqın edərək onu dəyənəklə vəhşicəsinə döyməsi nəticəsində dünyasını dəyişmişdi.

Güney Azərbaycanın Məlik Kəndi (Məlikan) şəhərindən olan Təbriz Tibb Universitetinin tələbəsi Aylar Həqqi də bir neçə gün öncə Təbriz şəhərində etiraz aksiyaları zamanı molla rejiminin qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişmişdi.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …