Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı fəala ETTELAAT idarəsində işgəncə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi oktyabrın 4-də həbs etdikləri azərbaycanlı fəal Səid Əhmədi Nəsəbi işgəncə ediblər.

Fəalın ailəsi bununla bağlı bildirib ki, o Təbrizdə rejimin ETTELAAT İdarəsində işgəncələrə məruz qalıb. Məhkəmənin hakimi Səidin anasına deyib: “Göstəriş vermişəm ki, oğlunun barmaqlarını sındırsınlar və işgəncə altında telefonunu açmağa məcbur ediblər”.

Bildirilir ki, Səid Əhmədinin bud nahiyəsində emboliya olub və işgəncə zamanı qəsdən onun ayaqlarına dəyənəklə vurublar ki, bir gün nəsə olsa, desinlər ki, zədə daha öncədən olub.

Qeyd edək ki, molla rejiminin məmurları azərbaycanlı fəalı divarlara etiraz şüarları yazdığı şübhəsi ilə həbs edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …