Cümə , Sentyabr 18 2026
azfa

Təbrizdə Dr. Əbülfəzl Rəncbrinin ittihamları üzrə ikinci məhkəmə iclası keçiriləcək

GADTB: Universitet müəllimi və vəkillər kollegiyasının üzvü olan Dr. Əbülfəzl Rəncbrinin ittihamları ilə bağlı ikinci məhkəmə iclası 27 aban çərşənbə axşamı günü Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində, hakim Həsən Fəthnijadın sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, birinci məhkəmə iclası 10 aban tarixində baş tutmuşdu.

Dr. Rəncəbri 14 ordibehişt 1404-də evinin qarşısında saxlanılmış və əvvəlcə “sistemin əleyhinə təbliğat” ittihamı ilə üzləşmişdi. Hazırda ona qarşı irəli sürülən ittiham “casusluq”a dəyişdirilib. Məlumata görə, ittiham aktında bu ittihamı təsdiqləyən hər hansı sənəd təqdim edilməyib. Onun elmi və hüquqi fəaliyyətləri – o cümlədən müxtəlif mövzularda, xüsusilə də Azərbaycan xalqının qanuni haqları barədə yazdığı məqalələr, eləcə də illər öncə beynəlxalq elmi konfranslarda iştirakı – ittihama əsas kimi göstərilib.

Məlumata görə, iş əvvəlcə 10-cu istintaq şöbəsində araşdırılsa da, həmin şöbənin müstəntiqi ittihamların əsassız olduğunu bildirdikdən sonra təhlükəsizlik qurumlarının təzyiqi ilə dosye qanunsuz şəkildə prokurorluq vasitəsilə Hadi Qəfurianın rəhbərlik etdiyi 15-ci istintaq şöbəsinə keçirilib.

Təxminən 200 gündür ki, ədalətli məhkəmə tələblərinə əməl edilmədən və qanuni hüquqlarına çıxış olmadan Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsində müvəqqəti həbsdə saxlanılan Dr. Rəncbrinin sağlamlıq durumu ciddi təhlükə altındadır. Onun vəziyyətinin ağırlaşmasına İran–İraq müharibəsində aldığı yaralanmaların fəsadları da səbəb olur.

Xəbər vəkil Sina Yusifinin “X” səhifəsindən götürülüb.

Həmçinin yoxlayın

Razılıq almaq və rəsmi rəvayəti təhrif etmək üçün saxlanılan yeniyetmənin ailəsinə təzyiq və təhdidlər olur

GADTB: Təbrizdə bir yeniyetməyə polis əməkdaşlarının kobud və alçaldıcı davranışını əks etdirən görüntülərin yayılmasından sonra …

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …