Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Vədud Əsədinin həyat yoldaşı azərbaycanlı siyasi məhbusların aclıq aksiyasına qoşuldu – Video

GADTB: Azərbaycanlı siyasi məhbuslar Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyasının 21-ci günündə, Vədad Əsədinin həyat yoldaşı da həmrəylik məqsədilə aclıq aksiyasına başladığını elan edib.

Vədud Əsədinin həyat yoldaşı, milli fəal Zəhra Purəsəd yayımladığı mesajda həyat yoldaşının vəziyyətinə və məsulların biganəliyinə etiraz olaraq aclıq aksiyasına qoşulduğunu bildirib. O, həm həyat yoldaşının, həm də digər azadlıq tələb edən məhbusların səsini ictimaiyyətə çatdıracağını vurğulayıb.

Məlumata görə, Vədud Əsədi və Tahir Nəqəvinin davam edən aclıq aksiyası kritik mərhələyə çatıb və hər iki fəalın səhhətinin sürətlə pisləşdiyi bildirilir. Ailələr və yaxınlar insan haqları təşkilatları ilə vətəndaş cəmiyyətini bu siyasi məhbusların səsinin eşidilməsi və mümkün insani fəlakətin qarşısının alınması üçün hərəkətə keçməyə çağırıblar.

https://t.me/GADTB1/46430

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …