
GADTB: Təbrizdə gənc azərbaycanlı sənətçi Məhəmməd Yari cümə axşamı səhər Təbriz Mədəni Xəstəxanasında dünyasını dəyişib.
Azərbaycanlı sənətçi iki gün əvvəl açıq ürək əməliyyatı keçirib və təəssüf ki, cümə axşamı, aprelin 10-i səhər ürək tutmasından dünyasını dəyişib.
Məhəmməd Yari son illərdə “Xaloğlu obrazı ilə məzmun hazırlayır, sosial problemlərə və yumoristik şəkildə müraciət edirdi.
Azərbaycanın bu sevimli sənətkarının dəfn mərasimi bu gün Təbrizin Vadi Rəhmət məzarlığında keçiriləcək. Ruhu şad olsun!