Şənbə , Sentyabr 19 2026
azfa

Təbrizdə həbsdə olan azərbaycanlı fəallara dəstək məqsədilə “Birləşək” başlıqlı posterlər yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə həbsdə olan azərbaycanlı fəallara dəstək məqsədilə “Birləşək” adlı posterlər hazırlanaraq paylaşılıb.

Bir qrup azərbaycanlı fəal Təbriz şəhərində posterlər yayıb və ya yapışdırmaqla İran həbsxanalarında məhbus olan azərbaycanlı fəallara dəstək verdiklərini açıqlayıb və onların həbsdən azad olunmasını tələb ediblər.

İctimai yerlərdə yapışdırılan posterlərdə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı da öz əksini tapıb.

Həmçinin yoxlayın

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …