Bazar , Noyabr 29 2026
azfa

Urmiya gölündə suyun həcmi azaldıqca suyun rəngi dəyişməyə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, havanın istiləşməsi və Urmiya gölündə suyun həcminin azalması nətixəsində göldə suyun rəngi ciddi şəkildə dəyişməyə başlayıb.

Belə ki, havanın istiləşməsi ilə yosunların və bakteriyaların aktivləşməsi artır. Bu o deməkdir ki, gölün səthinin duzluluq səviyyəsi artdıqca mavi və yaşıl yosunların sayı azalır, qırmızı yosunların sayı isə kəskin şəkildə artır.

“Dunaliella salina” adlı yosunlar normalda mavi və yaşıl rəngdədir və havalar isindikcə buxarlanma çoxalır, göl yatağının duzu əriyəndə suyun duzluluğu artır. Daha sonra isə yosunların rəngi yaşıldan qırmızıya doğru dəyişir.

Urmiya gölündə əmələ gələn həmin yosunların 12 növü var ki, gölün suyu qatılaşan kimi rəngli forma alır.

video:

https://t.me/GADTB1/35020

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …