Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə molla rejimin Kəşfiyyat İdarəsi əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edib

GADTB: Təbrizdə İran rejiminin Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edərək mənzildə axtarış aparıblar.

Məlumata görə, əməkdaşlar axtarış zamanı Vəhid Vəlizadənin mobil telefonunu və noutbukunu götürərək özləri ilə aparıblar.

İndiyədək bu addımın səbəbi, azərbaycanlı fəala qarşı irəli sürülən mümkün ittihamlar və onun hazırkı vəziyyəti barədə dəqiq məlumat yayılmayıb.

Qeyd edək ki, Vəhid Vəlizadə Azərbaycan türkcəsi və Azərbaycan mədəniyyəti sahəsində fəaliyyət göstərir, bu mövzularla bağlı mədəni və ictimai fəaliyyətlə məşğul olur.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …