Çərşənbə , Oktyabr 28 2026
azfa

Təbrizdə posterlər yapışdırıldı; “Azərbaycanlı siyasi məhbusun həyatı təhlükədədir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 8-də bir qrup azərbaycanlı milli-mədəni fəal təbrizdə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələbilə aksiya keçiriblər.

Bu məqsdələ azərbaycanlı milli-mədəni fəallar Ruzbeh Pirinin posterlərini hazırlayaraq şəhərdə müxtəli yerlərə yapışdırmaqla həmin azərbaycanlı siyasi məhbusun həyatının təhlükədə olduğuna diqqət yönəldib, onun sərbəst buraxılması istəyiblər.

Azərbaycanlı fəallar “Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü” münasibətilə keçirdikləri həmin aksiya ilə İran rejiminin Təbrizdəki zindanının 15-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusun sağlıq durumunun yaxşı olmadığı və zindan məsullarının onun müalicəsinə imkan vermədiyinə diqqət yönəltmək istəyiblər.

Divarlara yapışdırılan posterlərin üzərində yazılıb: “Azərbaycan övladlarını həbs etməklə Azərbaycan xalqının hüquqlarını gizlədə bilməzsiniz”, “8 may Ümumdünya Spesifik və Sağalmaz Xəstəliklər Günü Ruzbeh Pirinin həyatı təhlükədədir” cümlələri yazılıb.

Azərbaycanlı siyasi məhbus Ruzbeh Piri mədə xorası xəstəliyindən əziyyət çəksə də, zindan məsulları onun zindandan xaric xəstəxanada müalicəsinə icazə vermirlər. Bununla yanaşı rejim azərbaycanlı siyasi məhbusa təzyiq məqsədilə onu narkotik maddə istifadəçilərinin saxlanıldığı 15-ci bölməyə köçürüblər.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …