Çərşənbə , Oktyabr 28 2026
azfa

Ukrayna Rusiyanın 1145 tankı və 2764 zirehli döyüş maşını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 25 650 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1145 tankı, 2764 zirehli döyüş maşını, 513 artilleriya sistemi, 185 reaktiv yaylım atəşi sistemi, 87 HHM sistemi, 199 təyyarəsi, 158 helikopteri, 1 970 avtomobil texnikası, 12 gəmisi, 76 yanacaq-sürtkü materialları çəni, 377 kəşfiyyat PUA-sı, 41 xüsusi texnikası, 94 qanadlı raketi məhv edilib.

Həmçinin yoxlayın

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …