Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Təbrizdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin terrorçuluğa qarşı mübarizə təlimləri keçiriləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər arasında “Səhənd 2025” adlı terrorçuluğa qarşı birgə mübarizə təlimləri başlayır. SEPAH-ın Quru Qoşunları tərəfindən həyata keçirilən təlimlər beş gün ərzində davam edəcək.

Təlimlər ŞƏT-ə üzv ölkələr arasında terrorizmin qarşısının alınması və bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi məqsədi daşıyır. Təlimin keçirildiyi Şərqi Azərbaycan əyalətində iştirakçılar birgə əməliyyatlara və strateji təlimlərə qatılacaq, habelə, regional təhlükəsizlik məsələləri üzrə təcrübə mübadiləsi aparılacaq.

ŞƏT 2001-ci il iyunun 15-də qurulmuş beynəlxalq təşkilatdır. İran 2023-cü ilin iyul ayından təşkilatın üzvüdür. Molla rejimin bu təlimləri təhlükəzi şəhər hesab edilən Təbrizdə keçirməsi isə sual doğurur.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …