Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Evin həbsxanasında saxlanılan Vədud Əsədinin vəziyyəti narahatlıq doğurur

GADTB: 9 Azər 1404-cü il axşam saatlarında Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal Vədud Əsədi səhhətində yaranmış ciddi zəiflik səbəbilə həbsxananın tibb məntəqəsinə aparılıb.

Tibb personalı ilkin müayinədən sonra onun vəziyyətinin stabilləşdirilməsi üçün tibbi yardım göstərib. Yardımdan sonra Əsədi yenidən öz kamerasına qaytarılıb, lakin hüquq müdafiəçiləri və digər mənbələr onun səhhətinin hələ də narahatlıq doğurduğunu bildirirlər.

Bu gün Vədud Əsədi və digər siyasi məhbus Tahir Nəqəvinin uzun müddətdir davam edən aclıq aksiyalarının növbəti günüdür. Məlumata görə, aksiyaların davam etməsi onların sağlamlığı ilə bağlı narahatlığı artırıb.

Yaklaşık iki həftə əvvəl digər azərbaycanlı siyasi məhbuslar — Əbdüləziz Əzimi-Qədim, Ayaz Seyfxah və Mahmud Ocaqlu — həmrəylik məqsədilə azərbaycanlı fəalların aksiyasına qoşulmuşdular. Daha sonra Əzimi-Qədim səhhətindəki ağırlaşmalar və digər fəalların xahişi ilə aksiyanı dayandırıb.

Məlumatlar göstərir ki, hüquq müdafiəçiləri və ailələr həbsxana rəhbərliyindən məhbusların sağlamlığına lazımi diqqətin yetirilməsini tələb edirlər.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …