Cümə axşamı , Noyabr 12 2026
azfa

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti tullantıları daşıyan avtomobillərin, eləcə də tullantıları İspirandakı poliqona aparan yük maşınlarının sürücüləri sosial və əmək problemlərinə etiraz olaraq aksiya keçirib və tətilə başlayıblar.

Etiraz edən sürücülər Sosial Təminat sığortasının olmamasına və illik əməkhaqqı artımının tətbiq edilməməsinə etiraz edirlər.

Bir vətəndaşın verdiyi məlumata görə, sürücülərdən bəziləri təxminən 15 illik iş təcrübəsinə baxmayaraq, hələ də Sosial Təminat sığortasından məhrumdurlar.

Həmin vətəndaşın sözlərinə görə, bələdiyyənin digər qurumlarında çalışan işçilərin maaşları cari il ərzində artırıldığı halda, tullantı daşıyan maşınların sürücüləri ötən ilin aban ayından indiyədək əvvəlki əməkhaqqı ilə işləməyə davam edirlər.

Sürücülərin əsas tələbi Sosial Təminat sığortası ilə təmin olunmaq və illik qərarlara uyğun olaraq əməkhaqlarının artırılmasıdır.

https://t.me/GADTB1/61344

Həmçinin yoxlayın

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …

İsrail İrana qarşı hərbi əməliyyat üçün müxalifətin təsdiqini gözləməyəcək

GADTB: İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkəsində paylaşdığı mesajda bildirib ki, ölkə hökuməti …