Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb.

Məlumata görə, abidə Qacarlar dövründə tikilib. Hələlik Təbrizin Mədəni İrs İdarəsi məsələyə münasibət bildirməyib. Tarixi evin dağıdılmasında kimin məsuliyyət daşıdığı hələlik bəlli deyil.

Bu tarixi ev Qacar ​​türklərinin yadigarı idi və Təbrizin Bahar küçəsində yerləşirdi.

Bunu kimin, hansı icazə ilə və hansı məqsədlə etdiyi bəlli deyil. Təbriz Mədəni İrs İdarəsi bu xəbəri yazan vaxta kimi Azərbaycanın tarixi və mədəniyyətinə qarşı törədilən bu böyük cinayətə münasibət bildirməyib.

İranın mədəni irs rəsmilərinin səhlənkarlığı ucbatından Azərbaycandakı tarixi abidələr və tikililər bir-birinin ardınca dağıdılır, fars şəhərlərindəki belə abidələr isə İran rəsmiləri tərəfindən qorunub bərpa olunaraq turistlərin cəlb edilməsi və regiona gəlir gətirilməsi üçün istifadə olunur.

Video:

https://t.me/GADTB1/42331

Həmçinin yoxlayın

Molla rejimi danışıqların getdiyi bir vaxtda uran zənginləşdirməsini sürətləndirdi

GADTB: Guardian nəşri yazır ki, molla rejimi qeyri-adi qərarla İran qabaqcıl IR-9 sentrifuqalarına yanacaq vurmağa …

Türküstanda uzun müddət axtarılan orta əsr şəhəri tapıldı

GADTB: Qazaxıstanın Jetisu vilayətində “Petroqlif ovçuları” İctimai Fondunun komandası ehtimal edilən orta əsr şəhərinin qalıqlarını …