Şənbə , Noyabr 14 2026
azfa

Təbrizdə Traktor zavodunun işçiləri tətil aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Traktor zavodunun işçiləri tətil aksiyası bu gün də davam edib.

Təbrizin Traktor zavodunun motor istehsalatı bölməsinin işçiləri yanvarın 29-da başlatdıqları tətil aksiyasını hələ də davam etdirirlər.

Narazılar məsulların onlarla götüşməkdən boyun qaçırdıqlarını bildiriblər.

Etiraz edən işçilər Təbriz Traktor İstehsalat Şirkətinin yeni baş direktorunun dəyişdirilməsini, əmək haqqılarının artırılmasını və əmək təhlükəsizlikləri barədə təminat verilməsini istəyirlər.

İşçilər həmçinin vəzifə təsnifatlarının tətbiq edilməsini, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsini, sığortaları sahəsindəki problemlərin həlli ilə bağlı zavod rəhbərliyinin əməli addım atmasını istəyirlər.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında etirazlardan sonra zavod rəhbərliyində dəyişikliyin olacağı, işçilərin tələblərinin nəzərə alınacağı ilə bağlı verdiyi vədlər yerinə yetirilməyib. Buna görə də narazı işçilər zavodda toplaşaraq əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …