Çərşənbə , Oktyabr 21 2026
azfa

İran Ermənistanla turizm sahəsində əməkdaşlıq barədə sənəd imzaladı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Tehranda keçirilən Beynəlxalq Turizm və Əl İşləri Sərgisinin üçüncü günündə İranla Ermənistan arasında turizm əməkdaşlığının icrası planı haqqında sənəd imzalanıb.

İranın mədəni irs, turizm və əl işləri nazirinin turizm məsələləri üzrə müavini Əliəsğər Şalbafian və Ermənistan İqtisadiyyat nazirinin müavini Narek Dəryan ötən gün Tehran Beynəlxalq Turizm və Əl İşləri Sərgisinin üçüncü günündə iki ölkə arasında turizm əməkdaşlığa dair sənəd imzalayıblar.

Görüş çərçivəsində İran və Ermənistanın turizm sektorunda fəaliyət göstərən şirkətlərin nümayəndələri iki ölkə arasında sözügedən sahədə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Ermənistanın Turizm üzrə Texniki Komitəsinin nümayəndələri, Xarici Turizmin Marketinqi və İnkişafı İdarəsinin rəisi və Ermənistan Turizm Komitəsinin sədri ilə müzakirələr aparıblar.

Qeyd edək ki, İran hakimiyyəti son dövrlərdə Ermənistan rejimi ilə demək olar ki bütün sahələrdə əməkdaşlıqdan ötrü, necə deyərlər, dəridən-qabıqdan çıxır. Lakin İran-Azərbaycan müsəlman “qardaşlığı”ndan dəm vuran molla rejimin nümayəndələri əməldə bunun tamamilə əskini nümayiş etdirir. Bu da təbii olaraq İranın, həmişə olduğu kimi, ikibaşlı siyasət yürütməsinin bariz nümunələrindən biridir. Görünür, işğalçı və məğlub Ermənistanla əməkdaşlıq və tərəfdaşlıq niyəsə İran üçün dili, dini, mədəniyyəti və adət-ənənələri eyni olan Azərbaycanla dostluqdan və mehriban qonşuluqdan daha önəmlidir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …